Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə bugün axşam saatlarında rayonunun Turan qəsəbəsində baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.










































