“Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində əvvəlki illə müqayisədə məhsul istehsalı 1 milyon 330 min manat artıb.
Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.Bildirilir ki, ötən il müəssisənin baramaaçan istehsalatında 2 min 82 kiloqram xam ipək, burucu istehsalatında 18 min 677 kiloqram burulmuş sap, toxucu istehsalatında 660 min kvadratmetrdən çox ipək parça, 103 min kvadratmetr pambıq parça və 11 min kvadratmetr tənzif istehsal olunub.Xalça sexində il ərzində 58,7 kvadratmetr ipək xalça, 212,5 kvadratmetr yun xalça, 43 kvadratmetr yun-ipək xalça toxunmuşdur. Bundan əlavə, ötən il müəssisədə 22 min 200 bişmiş kəlağayı, 3 min 324 boyanmış kəlağayı, 2 min 804 şərf, 1.982 ton müxtəlif ölçülü pambıq sap və digər məhsullar istehsal olunub.