Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
HADİSƏ
10:05 31.03.2025
186
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

AZXEBE.COM "Report"a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində baş verib.

Belə ki, İsmayıl Piriyev idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub. Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR