Baş Dövlət Yol Polisi İdarəsinin Şəki bölməsinin əməkdaşları şəhər ərazisində reyd keçirib.
AZXEBER.COM-un məlumatına görə, keçirilən reydlər zamanı Şəki şəhər sakinləri Coşqun Səmədov və Məmmədiyə İsmayılov şəhərin Heydər Əliyev prospektində avtoxuliqanlıq etdikləri üçün saxlanılıblar.Sürücülər yol hərəkəti haqqında qanunun tələblərini pozaraq, sürət həddini aşıb, yolda təhlükəli manevrlər edərək özlərinin və digər yol hərəkəti iştirakçılarının həyatını təhlükə altında qoyub.Yol hərəkət qaydalarını pozan şəxslərə məxsus 10-LN-834 və 10-DS-740 nömrə nişanlı “VAZ 2106” markalı avtomobillər cərimə meydançasına aparılıb. Eyni zamanda Şəki Şəhər Dövlət Yol Polisi bölməsi avtoxuliqanların bu əməlləri barədə müvafiq məhkəmə orqanına müraciət edib.Şəki Şəhər Məhkəməsində hər iki şəxsin 5 sutka müddətinə həbs olunması barədə hökm çıxarılıb.