Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada öldü

Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada öldü
HADİSƏ
09:59 12.10.2024
569
Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada ölüb.

"Report" xəbər verir ki, oktyabrın 8-də "Marxal Resort Spa” otelində qrup rəhbəri işləyən, 1996-cı il təvəllüdlü Hüseynov Afiq Asif oğlu idarə etdiyi minik avtomobillə rayonun Kiş kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxt yolu keçmək istəyən piyada - Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Xalıqov Camal Nuru oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR