Şəkidə meşədə tapılan meyitin kimliyi bilindi

Şəkidə meşədə tapılan meyitin kimliyi bilindi
SOSİAL
15:36 25.09.2017
1204

Şəkidə Qoxmuq kənd inzibati ərazisində, dağlıq-meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.

AZXEBER.COM ARB TV-yə istinadla xəbər verir ki, cəsədin Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Səmədova aid olduğu müəyyən olunub.

Səmədov 4 gün əvvəl yaşadığı evdən çıxaraq, süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Onun ürək və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Fərhad Səmədov - Mərhumun Qardaşı: "Necə yıxılıbsa başı aşağı elə də canını verib. Gedən günü rəhmətə gedib. 3 gün tapılmadığı üçün gecikib".

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır

OXŞAR XƏBƏRLƏR