Şəkidə qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri müzakirə edilib

SOSİAL
16:32 29.07.2016
1367
Ailədən qorunaraq cəmiyyətə ötürülən dəyərlər “Milli mənəvi dəyərləin qorunması dövlət siyasətində önəmli yerlərdən birini tutur”- “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəkidə keçirdiyi “Qloballaşmanın milli mənəvi dəyərlərə təsiri” adlı seminarda maraqlı məqamlara toxunulub.
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin rəhbəri Bəsti Nəsibova qeyd edib ki, hər bir xalq qloballaşan dünyada öz dəyərləini qorumağa, yaşatmağa çalışır. Azərbaycanda da milli-mənəvi dəyərlərinə üstünlük verilir. Təşkilat rəhbəri onu da deyib ki, milli-mənəvi dəyərləin qorunması ilk olaraq elə aildən başlayır və sonra cəmiyyətə keçir. Valideyinin yanaşması övladın düşüncəsinə, baxıçına çox təsir edir: “Azərbaycan dünyaya inteqrasiya edən bir ölkədir. Ölkəmiz beynəlxalq tədbirlərə, müxtəlif yarışmalara ev sahibliyi edir, amma bununla belə milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət edilir. Hətta Ulu öndər Heydər Əliyevin fəaliyyətində milli tarixə, mədəni irsə qayğı, xalqın milli ruhunun yüksəldilməsi məsələsi də mühüm yer tuturdu”. Seminarda həmçinin bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradıb. Xalqın əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan mənəvi dəyərlərimizin ifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrsaiyasını təmin edir. O da bildirilib ki, əgər dünya bir mərkəzdən idarə olunmaq istəyirsə, bəzi problemlər həll edilməlidir. Xocalı faciəsinin kökündə hansı səbəbin olduğu, etnik tənzimlənin durduğu aydınlaşdırılmalı, dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.
///İnformator.az 
OXŞAR XƏBƏRLƏR