Şəkidə qumarxana aşkarlandı

Şəkidə qumarxana aşkarlandı
SOSİAL
12:08 16.11.2016
875
Şəki rayonunda qumarxana aşkarlanıb.
 
AZXEBER.COM-un məlumatına görə, qumarxana rayonun Qoxmuq kəndi ərazisində yerləşən kafelərdən birində müəyyən olunub.
 
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nazim Qasımov icarə götürdüyü kafedə qumarxana təşkil etdiyi üçün saxlanılıb.
 
Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR