Şəkidə uşağı sahibsiz it dişləyib

Şəkidə uşağı sahibsiz it dişləyib
SOSİAL
10:42 18.05.2017
879
Şəkidə azyaşlı sahibsiz itin hücumuna məruz qalıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 17-də rayonun Kiş kənd sakini, 2008-ci il təvəllüdlü Tunar Murad oğlu Alıyev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, uşaq küçədə oynayarkən sahibsiz it hücum edərək, sol sağrı nahiyəsindən dişləyib. Tunar Alıyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR