Səkkiz mükafat qazanan Azərbaycan millisi medal sıralamasında birinci olub

İDMAN
19:36 18.02.2024
175

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni 8 mükafatla başa vurublar.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Qamzatxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə edib.

Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanıblar.

Beləliklə, yığmamız medal sıralamasında birinci olub.

OXŞAR XƏBƏRLƏR