Seksdə fəallığı artırmaq üçün nə edək? - HƏKİM MƏSLƏHƏTİ

SAĞLAMLIQ
23:38 21.11.2012
106391

Sadalayacağımız bitkilər bu baxımdan olduqca güclü təsirə malikdir. Təbii üsullarla müalicə üzrə ekspertimiz Seyfəddin Əsədin təqdimatında cinsi istəyi artıran bitkiləri təqdim edirik.

Kök: Sizcə, dovşanlar niyə bu qədər çox artır? Kökdəki seks hormonlarını aktivləşdirən komponentlərə görə. Dünya şöhrətli seksopatoloqlar “kökü təbii viaqra” hesab edirlər. 

Qarpız: ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə aparılan bir araşdırmaya görə, tərkibindəki citrulline maddəsi sayəsində bədənin rahatlamasını və qan damarlarının genişlənməsini təmin edən qarpız “təbii viaqra” olaraq qiymətləndirilir. 

Fıstıq: Zülal və bol E vitamini ehtiva edər. Xoşbəxt bir evlilik üçün afrodizyak otlardan faydalanmağın xeyri fayda var.

Ağ tum: Ehtirası artırır, amma sızanaq və çəki artımına da səbəb olur.

Yulaf əzməsi: Xüsusilə qadınlarda cinsi istəksizliyi aradan qaldırır. Hormonları nizamlayır və bədənin müqavimətini artırır. Hər səhər südlü yulaf əzməsinin içinə istəsəniz qoz, fındıq, fıstıq da əlavə edə bilərsiniz. Bu qüvvətli qida ilə gününüzü daha asan keçirə bilərsiniz.

Qırmızı və yaşıl acı bibər, istiot: Həmişə şirniyyatlar olmamalıdır axı. İnana bilməyəcəksiniz, amma acı da cinsi istəyi yüksəldir.

Sarımsaq: Bütün hormonları fəaliyyətə salır. Çiy şəkildə yeyilməsi tövsiyə edilir.

Roka: Yaşıl tərəvəzlər içində bu mənada ən qiymətlisi rokadır. Tək balıq yeməklərində deyil, salatlarda da istifadə etməlisiniz.

Zəncəfil: Bütün bədənə və ruha güc qazandırır. Peçenye və şirniyyatlarda da istifadə oluna bilər.

Arı südü, bal və polen qarışığı: Bu qarışıq həm hüceyrələrinizi yeniləyər, həm də yaşınız ötsə belə cinsi gücünüzü yerində tutar.

Cəfəri: Bədən yorğunluğunu aradan qaldırır. Kişilərdə cinsi gücü artırdığı isə artıq sübuta yetirilib.

Gicitkən toxumu: Bir kilo bal ilə 100 qram gicitkən toxumunu qarışdırın və hər gün bir qaşıq yeyin. Özünüzü əla hiss edəcəksiniz. 

Nanə: Xüsusilə qadınlarda bütün qadınlıq hormonlarının nizamlı işini təmin edir və bədəni gücləndirir.

Xardal: Bütün hormonları çalışdırır və əsəbləri qüvvətləndirir. Xüsusilə kişilərdə cinsi gücü artırır.

Vanil: Həm bədəni, həm də sinirləri gücləndirir, ehtirası artırır. Şirniyyatlar və kekslərdə bolluca istifadə edilə bilər. 

Quşdili: Kişilərdə və qadınlarda cinsi iqtidarsızlığı aradan qaldırır.

Kərəviz: Daha çox kişilərdə cinsi fəaliyyəti artıraraq vaxtsız iqtidarsızlığın qarşısını alar. Xüsusilə 30 yaşlarında mütləq yeyin.

Üzərlik toxumu:  Nəzər otu olaraq tanınan üzərlik toxumu cinsi gücü artırır, hamiləliyi asanlaşdırar. Əzilmiş toxum gündə 1-2 qram bala qarışdırılaraq yeyilə və ya birbaşa su ilə içilə bilər. /// Saglamxeber.com 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb