"Seksi futbol oynadıq" - Məsut Özil

"Seksi futbol oynadıq" - Məsut Özil
İDMAN
13:06 23.10.2018
3658
"Arsenal"ın Türkiyə əsilli alman ulduzu Məsut Özil Premyer Liqa tarixinə düşüb.

Premyer Liqanın 9-cu turunda "Lester Siti" ilə oyunda 1 dəfə fərqlənən Özil Premyer Liqada 30-cu qolunu vurub. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqada ən çox qol vuran alman futbolçular arasında Yurgen Klinsmana çatıb.

Özil oyundan sonra sosial şəbəkə hesabında komandanın kapitanı olduğu üçün qürur duyduğunu paylaşıb: "Bu gecə seksi futbol oynadıq. Bu klubun kapitanı olduğum üçün qürur duyuram".
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR