Türkiyədə kişilərin 54 faizi, İsraildə 59 faizi seksual həyatlarından şikayətləri yoxdur. Qadınlara gəlincə, bu sahədə ən yüksək göstərici İsrail (44 faiz) və Polşaya (43 faiz) məxsusdur.
Avropada kişilər arasında ən aktivi rumınlar, qadınlar arasında isə rus xanımlarıdır. Ümumiyyətlə, sorğunun aparıldığı Çexiya, Polşa, Rumıniya, Slovakiya, Ukrayna, Rusiya, İsrail və Türkiyə üzrə əldə edilən orta göstəriciyə görə, kişilərin 42, qadınların 36 faizi seksual həyatlarından tam razı olduğunu bildirib. Kişilərin 67, qadınların isə 55 faizi seksin onlar üçün çox vacib olduğunu bəyan edib.
Kişilərin prioritetləri arasında seks üçüncü yerdə, qadınların prioritetləri arasında isə 8-ci yerdədir. //lent.az