Bununla yanaşı, araşdırma iş yerində seksuallığını nümayiş etdirməyə çalışan xanımların problemlərlə üzləşə biləcəyini də müəyyənləşdirib. Sən demə, işə qısa yubkada, açıq-saçıq geyimdə və sair bu tipli formada gələn xanımlara kişilərin münasibəti heç də birmənalı olmur.
Əvvəl onlar belə xanımları yataqlarında görmək arzusuna düşür. Digər yandan, əksər kişilər hesab edir ki, bu cür geyinən xanımların bilik səviyyəsi o qədər də yüksək olmur. Xüsusilə rəhbər postları tutan xanımların açıq-saçıq geyinməsi onlar haqqında belə fikir yaradır.
Rəyi soruşulan kişilərin 12%-i bildirib ki, qısa yubkada və ya sinəsi açıq paltarda işə gələn xanımlar onların diqqətini işdən yayındırır. Bu səbəbdən də kişilər iş vaxtı belə həmkarları ilə üz-üzə gəlməməyə çalışır.