Səlcuq Bayraktar: “Krımı və Ukraynanı dəstəkləyirəm”

Səlcuq Bayraktar: “Krımı və Ukraynanı dəstəkləyirəm”
DÜNYA
22:15 25.02.2022
527
Türkiyənin "Baykar” şirkətinin texniki direktoru və "TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar özünün tviter hesabında Ukraynaya dəstək verib.

AZXEBER.COM xəbər verir ki, o Rusiyanın Ukraynaya hücumunu pisləyib.

"Rusiyanın müstəqil bir xalqın suverenliyinə məhəl qoymayaraq qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm.

İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krımı və Ukraynanı dəstəkləyirəm”, - Bayraktar sosial şəbəkə hesabında yazıb.
OXŞAR XƏBƏRLƏR