Səlcuq Bayraqdar: "Azərbaycanla əməkdaşlıq etmək istəyirik"

Səlcuq Bayraqdar: "Azərbaycanla əməkdaşlıq etmək istəyirik"
SOSİAL
12:33 03.02.2021
665
"Türkiyə Texnologiya Vəqfi olaraq texnofestival çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirik”.
 
Bunu "Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar deyib.

"Yaxın zamanlarda Azərbaycanla bu məsələdə təmaslarımız olacaq”, - o vurğulayıb.

Texnofestivaldan danışan S.Bayraqdar bildirib ki, məqsəd Türkiyənin texnologiyanı xaricdən almasını deyil, öz texnologiyasını istehsal etməsini təşviq etməkdir.
 
///Report
OXŞAR XƏBƏRLƏR