Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni vəzifəyə təyin edilib.
Bunu APA-ya açıqlamasında Elman Babayevin özü də təsdiqləyib.
Elman Babayev bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcək. Onun yeni işdə fəaliyyəti ilə bağlı artıq əmr verilib və sabahdan işə başlayacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini 2012-ci ildən bu aya kimi İlham Məmmədovicra edib.