Azərbaycanın ən məşhur psixoloji və səlis danışıq mərkəzlərindən olan "Səlid Danışıq Loqopedik və Psixoloji Mərkəzi" öz fəaliyyətini daha da genişləndirir.
AZXEBER.COM-un məlumatına görə, əsası 2006-cı ildə Xavər Abdullayeva tərəfindən qoyulan mərkəz 10 ildir ki, öz adını layiqincə doğrultmuş və bir çox uğurlara imza atmışdır.
Mərkəzin rəhbəri Xavər xanm ilk dəfə olaraq nəfəs diafraqmasınına müsbət təsir göstərən kəkələmə üzrə "Abiliton" aparatını Azərbaycana gətirib.
Bu aparat nəfəs diafraqmasının düzgün tənzimlənməsi və kəkələmə problemi olan insanların bu bəladan birdəfəlik qurtulması üçün əsas vasitədir.
Bunlardan əlavə Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzində peşəkar loqopedlər,defektoloqlar,psixoloqlar və surdopedaqoqlar fəaliyyət göstərir.
Çox saylı xahişləri nəzərə alan mərkəzin rəhbəri Xavər Abdullayeva 3 rayonda - Lənkəran, Bərdə və Füzulidə də mərkəzin filiallarını açmışdır.
Bərdə və Lənkəran filialları həm də bağça kimi də fəaliyyət göstərir.
Mütəxəssislər tərəfindən uşaqlara qrup terapiyası,məktəbəqədər hazırlıq proqramı,müxtəlif təlim və oyunlar keçirilir.
Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzinin illərlə qazandığı uğur və nəaliyyətlərinin ən başlıca səbəblərindən biri uşaqlara göstərilən qayğı,bundan başqa işçilərin peşələrinə və uşaqlara olan sevgisidir.
Məhz bu səbəbdən mərkəzdə çalışan hər bir mütəxəssis uşaqların inkişafı üçün əllərindən gələni əsirgəmir,daim yeni-yeni metodlardan istifadə edir.
Mərkəzin ünvanları :
Bakı şəhəri ,N.Nərimanov rayonu Faiq Yusifov 28 (012)-408-98-10 və ya (055)-372-33-11
Bərdə rayonu ,N.Nərimanov 2 (Mərkəzi Xəstəxana ilə üzbəüz) (020)-205-68-37 və ya (055)-768-78-75
Lənkəran şəhəri ,2-ci mikrorayon, Zərifə Əliyeva küç. (Gimnaziyanın yanı) (025)-254-83-03 və ya (055)-464-75-81
Füzuli rayonu, Horadiz qəsəbəsi (Mərkəzi Diaqnostikanın 2-ci mərtəbəsi) +994 556600190
