“Seltik” – “Qarabağ”: başlama saatı müəyyənləşdi

İDMAN
13:27 23.07.2015
2050
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib.
AZXEBER.COM-un Şotlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə, Qlazqo şəhərində keçiriləcək oyun iyulun 29-u Bakı vaxtı ilə saat 23:45-də (yerli vaxtla 19:45) başlayacaq.
Artıq oyunun biletləri də satışa çıxarılıb. Biletlərin qiyməti böyüklər üçün 20-22 avro, 12-16 yaşlı uşaqlar üçün isə 7-12 avro təşkil edir.
OXŞAR XƏBƏRLƏR