Bakıda daha bir həkim koronavirusdan dünyasını dəyişib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, ginekoloq Zemfira İsmayılova vəfat edib.
Qeyd edək ki, Z.İsmayılova Kliniki Tibbi Mərkəzin (Semaşko) Ginekologiya şöbəsinin həkimi olub.