Tanınmış jurnalist, PR mütəxəssisi Səmayə Məmmədova Təhsil Nazirliyində işə başlayıb.
Səmayə Məmmədova yeni təyinatı ilə bağlı AZXEBER.COM-a açıqlama verib.
O, açıqlamasında yeni təyinatını təsdiqləsə də, nazirlikdə hansı vəzifəni tutacağı haqda məlumat verməyib: "Təhsil Nazirliyində vəzifəyə təyinatım doğrudur. Ancaq nazirlikdə hansı vəzifəni tutacağımı hələlik açıqlamıram".
Qeyd edək ki, Səmayə Məmmədova bu təyinatından əvvəl Gənclər və İdman Nazirliyinin və BNA-nın mətbuat xidmətində çalışıb.
Günel Hüseynli