AZXEBER.COM-un əldə etdiyi videodan aydın görünür ki, Mirəliyev ətrafdakıları təhqir edir. Görüntülərdə Əli Mirəliyev rol aldığı "Yumurta" komediyasının yaradıcı qrupu ilə dalaşır. Çəkilişlər zamanı rejissor ona bildirib ki, rolun öhdəsindən yaxşı gələ bilmir. Yaradıcı qrupun üzvlərindən biri isə deyib: "Səməd müəllim xalq artistidir. O, qırmızı şalvar geyinib kamera qarşısına çıxmaz". Bu söz Mirəliyevi özündən çıxarıb. O qarşısına çıxan hər kəsi söyüb. Səməd Səmədova xitabən "Səməd, qıçlarını sındıraram, mənim çörəyimə bais olsan", - deyib.