Səmədov: “Azərbaycanca danışa bilmirəm, bu yığmada oynamağımın da mənası yoxdu”

Səmədov: “Azərbaycanca danışa bilmirəm, bu yığmada oynamağımın da mənası yoxdu”
İDMAN
12:37 17.10.2011
1976
"Atam həmişə mənə Rusiya komandasında öz şansımı gözləməyi tövsiyə edib"
Moskva “Dinamo”sunun azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov bir daha yığma mövzusuna dönüb.
 Bir müddət əvvəl Azərbaycan millisinə dəvəti gündəmdə, amma artıq Rusiya yığmasında debüt edən 27 yaşlı futbolçu Rusiyanın “Futbol” həftəliyinə müsahibəsində sözünü qəti deyib.
- Rusiya yığmasına dəvəti hansı hisslərlə qarşıladınız? Çoxdan layiq olduğunu şeyə çatdığınız hissi var idimi?
- Düzünü deyim: çox sakit yanaşdım. Bəli, xoş idi, bir rahatlıq gəldi, amma sevincimdən atılıb-düşmədim. Çünki oynayacağıma əmin deyildim. Komandanın heyəti oturub, Dik Advokat tanıdığı insanlara güvənir. Buna görə də əsas məqsədim yığmaya gəlib məşqçiyə mənə ümid edə biləcəyini isbatlamaq idi.
- Vəssəlam? Amma bəs fikirlər gəzir ki, Advokat sizi ona görə məhz indi yığmaya çağırıb ki, gələcəkdə Azərbaycan millisində çıxışdan məhrum etsin.
- Olsun. Xətrimə dəymir. İstənilən halda, Azərbaycan yığmasında oynamayacaq idim. Çünki Rusiyada çıxış edirəm.
- Onlar tərəfdən maraq bu gün yaranmayıb, deyilmi?
- Bəli, artıq neçə ildir Azərbaycandan mənə müraciət edirlər. Gəliblər, görüşmüşük. Amma həmişə deyirdim ki, Azərbaycan yığmasında oynamağın mənası yoxdur. Bunu onlar da bilirlər.
- Sizin ananız rus, atanız isə azərbaycanlıdı. Özünüz də bir neçə dəfə demisiniz ki, atanız üzərində ikibaşlı qartal olan formanı geysəniz, etiraz etməyəcək. Bəs o sizə “Dinamo”da uğurlu çıxış etdiyiniz, amma Rusiya millisinə çağırılmadığınız vaxtlarda Azərbaycanın təklifini qəbul etmək məsləhətini vermirdi?
- Əksinə, atam həmişə mənə məhz Rusiya komandasında öz şansımı gözləməyi tövsiyə edib. Bilirsiniz, atam 21 yaşında – hərbi xidmətdən sonra Moskvaya gəlib. İndi onun altımış yaşı var. Yəni həyatının üçdə iki hissəsi burada keçib. Evdə rusca danışırıq, Azərbaycan dilində heç bilmirəm. Ümumiyyətlə, atam mənə həmişə dəstək olur və heç vaxt təzyiq göstərmir. /// rekord.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var