Şəmistan Əlizamanlı və Uranın ortaq layihəsi - VİDEO

Şəmistan Əlizamanlı və Uranın ortaq layihəsi - VİDEO
MAQAZİN
14:27 07.11.2023
262
Reper Uran Şəmistan Əlizamanlı ilə birgə ərsəyə gətirdiyi yeni layihəsini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, "Qazi" adlanan trekin sözləri Uranın özünə məxsusdur. Klipin rejissorluğunu Rəşad Hüseyn edib.
 
Ekran işində Birinci Qarabağ müharibəsi və 44 gün sürən Vətən Müharibəsi qaziləri, şəhid ailələrinin yaxınları rol alıb.

Şəmistan Əlizamanlı ilə birgə duet oxumaq təklifi Uran tərəfindən olunub. Uzun illərdən sonra sükutu pozan Şəmistan Əlizamanlı bu layihədə olmağından məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, layihənin rəhbəri PRoMetedir.

Aysel
 

OXŞAR XƏBƏRLƏR