Şəmkir RİH-nin başçısı kartof yığımında iştirak edib – FOTOLAR

Şəmkir RİH-nin başçısı kartof yığımında iştirak edib – FOTOLAR
SOSİAL
18:39 02.08.2019
6171

Prezident Cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkəmizin tərəqqisində yüksək dinamizm təmin olunub.

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradıb.

Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafı, onların yerli investorlara çevirilməsi siyasəti hazırda Şəmkir rayonunda da uğurla icra olunur.

Bu sahədə münasibətlərin düzgün qurulması nəticəsində rayon sahibkarları qeyri-neft sektorunun inkişafı istiqamətində yeni-yeni meqa layihələr həyata keçirir. Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkib, qayğı və çətinlikləri ilə yaxından maraqlanıb, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlar verilib.

Sahədə çalışan işçilərlə tək-tək söhbət edən icra başçısı kartof yığımında da iştirak edib.

Təsərrüfat sahibi tərəfindən Alimpaşa Məmmədova bildirilib ki, kartof 50 hektar ərazidə əkilib və gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Ərazidə Şəmkirlə yanaşı, Gəncə şəhərindən, Göygöl, Samux, Tovuz və Daşkəsən rayonlarından 500-ə yaxın işçi qüvvəsi çalışır. Cari idə məhsuldarlığın əvvəlki illərə nisbətən daha çox olduğunu deyən fermer ərazidən toplanan məhsulların gündə 2 min ton olmaqla daxili bazarlara, xüsusilə də Bakı şəhərində yerləşən Meyvəli bazara çıxarıldığını bildirib.

Daha sonra sahibkar Tahir Hüseynova məxsus 2500 ton tutumu olan soyuducu anbara baxış keçirilib.





 


OXŞAR XƏBƏRLƏR