Şəmkir rayon sakini evində güllələnib.
AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu evində odlu silahla açılan atəş nəticəsində öldürülüb.
Hazırda qətlin təfərrüatları araşdırılır.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.