Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir
09:50
Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1997-ci il təvəllüdlü Z.Aslanov güllə xəsarəti alıb.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə adıçəkilən kəndin ərazisində qeydə alınıb.
O, xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.









































