COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin #BizBirlikəGüclüyük çağırışına şəmkirlilər tərəfindən böyük dəstək var.
AZXEBER.COM xəbər verir ki, bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonda başladılan "Əl-Ələ Verək, Dəstək Olaq” layihəsinə qoşulmaq istəyənlərin sayı hər gün artmaqda davam edir.
Bu günə qədər Şəmkir rayonda 7485 aztəminatlı ailəyə, 65 yaşından yuxarı tənha qocalara ərzaq yardımı göstərilib.
Rayonun yerli iş adamları, sahibkarları, Rusiyada yaşayan, çalışan imkanlı şəxsləri də aztəminatlı ailələrə yardım kampaniyasına qoşulur, ehtiyacı olan ailələrə dəstək göstərirlər.
Hər ərzaq paketinə 25 kq un, düyü, makaron, vermeşil, qarabaşaq, şəkər tozu, qənd, çay, günəbaxan yağı, kərə yağı, duz və çörək və ət daxil edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Şəmkirdə də karantin rejiminin tələblərinə ciddi əməl olunur.