Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var

Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var
SOSİAL
21:31 31.08.2023
212
Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR