Şəmkirdə ağır qəza: Avtomobil çaya düşdü - FOTO

Şəmkirdə ağır qəza: Avtomobil çaya düşdü - FOTO
SOSİAL
12:13 08.11.2021
217
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai” markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetməni itirərək 30-40 metrdən Şəmkir çayına düşüb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
 
///APA

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR