Şəmkirdə avtomobil aşdı - Ölən və xəsarət alanlar var

SOSİAL
14:02 07.08.2023
952
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR