Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb, sürücü hadisə yerindən qaçıb

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb, sürücü hadisə yerindən qaçıb
HADİSƏ
11:41 05.10.2025
174
Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
 
AZXEBER.COM xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.

Faktla bağlı araşdırma aparılır.
 
\APA
OXŞAR XƏBƏRLƏR