Şəmkirdə BƏDBƏXT HADİSƏ: Traktoru işə salarkən öldü

Şəmkirdə BƏDBƏXT HADİSƏ: Traktoru işə salarkən öldü
SOSİAL
18:55 04.06.2017
2208
Şəmkir sakini ehtiyatsızlıq nəticəsində ölüb.
 
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.
 
Kənd sakini, sürücü, 38 yaşlı Cəfərov Qurban İsa oğlu traktoru işə salan zaman ehtiyatsızlıq nəticəsində mühərrikin pəri onun qarın nahiyəsini bir neçə yerdən kəsib.
 
Q. Cəfərov hadisə yerində ölüb. Şəmkir rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR