Şəmkir sakini bəhməz çəkən zaman yanıq xəsarəti alıb.
Rayonun Seyfəli kənd sakini 1957-ci il təvəllüdlü Əliyeva Anaxanım Ağamməd qızı həyətində bəhməz çəkən zaman qaynar qazan onun üzərinə aşıb. Yanıq xəsarəti alan qadın xəstəxanaya çatdırılıb.
Vəziyyətinin kafi olduğu bildirilir.
///Qafqazinfo