Şəmkirdə direktorla müəllimə arasında seks kaseti qalmaqalı: Məktəbdə porno film çəkiblər

SOSİAL
18:55 11.01.2017
78933
 
Şəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb. Belə ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürüb. 

Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: "Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş,  öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən "reketçiliklə” pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar. 

Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi”.

Adıçəkilən məktəbin direktoru Akif Namazovla əlaqə saxladıq. Direktor ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib. 

Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: "Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam. 

Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir rayon Təhsil Şöbəsində onun "oynaşları” var. Onların yazışmalarını tutmuşam. Beləliklə onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə... Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə ilə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər. 

Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, ta ki, otağımın qapısı açılanacan. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən "nəsə” istəyib. Yalançının atasına lənət... Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən…”

Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: "Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu, yalan olsa, mənim pencəyimi götürüb, məktəbdən getməyə hazıram”. (musavat.com)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb