Şəmkirdə "Ford" ağaca çırpıldı - Ölən var

Şəmkirdə "Ford" ağaca çırpıldı - Ölən var
HADİSƏ
19:51 17.01.2026
866
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Ford Transit" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR