Şəmkirdə I Qarabağ müharibəsinin itkin-şəhidi dəfn edilib

Şəmkirdə I Qarabağ müharibəsinin itkin-şəhidi dəfn edilib
SOSİAL
15:36 20.02.2026
312
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Yolçu Məmmədov dəfn olunub.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Seyfəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Y.Məmmədov 1966-cı il martın 8-də Şəmkirin Seyfəli kəndində anadan olub. 1992-cü il iyunun 13-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
OXŞAR XƏBƏRLƏR