Şəmkirdə ilin ən fəal 100 məktəblisi mükafatlandırılıb

Şəmkirdə ilin ən fəal 100 məktəblisi mükafatlandırılıb
SOSİAL
14:53 01.06.2019
6217
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Şəmkir Şəhər Parkında bayram tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, təntənəli bayram tədbirində məktəblilərinin ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiyalar izləyicilərin böyük marağına səbəb olub.

Bayram iştirakçıları üçün tədbirin ən həyəcanlı yeri isə Şəmkir rayonunda 2019-ci ildə fəallığı ilə seçilən 100 məktəbliyə "İlin Gənc Lideri- Şəmkir 2019” mükafatlarının təqdim edilməsi mərasimi olub.

Sonda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, uşaqları "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara can sağlığı, firəvan həyat, bol naliyyətlər və yaradıcılıq uğurları arzulayıb.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR