Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var
HADİSƏ
10:10 18.01.2026
599
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
 
 
AZXEBER.COM xəbər verir ki, hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb.
 
Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.
 
APA
OXŞAR XƏBƏRLƏR