Şəmkirdə müdirlə müəllimə arasındakı seks videosu qalmqalından yeni XƏBƏR

Şəmkirdə müdirlə müəllimə arasındakı seks videosu qalmqalından yeni XƏBƏR
SOSİAL
16:02 16.01.2017
10015

 

Məktəb direktoru atdığı böhtanlara görə kənd sakinlərindən üzr istəyib 

 

Ötən həftə ölkə mətbuatında ən çox müzakirə edilən məsələlərdən biri də Şəmkir kənd məktəbində baş vermiş seks video qalmaqalı oldu. 


Rüşvət ittihamı ilə üz-üzə qalan Aşağı Seyfəli kənd məktəbinin direktoru Akif Namazov həm musavat.com saytına, həm də digər mətbuat orqanlarına biabırçı açıqlamalar vermişdi. 

Onun sözlərinə görə, məktəbdə laborant işləyən Xatirə Əliyevanı "noutbuk”unda aşkarladığı pornovideolara görə işdən azad edib. Qalmaqal ilə bağlı ötən gün Aşağı Seyfəli kəndində yığınacaq keçirilib. Məktəb direktoru Akif Namazov təhqiredici ittihamlara görə laborantı Xatirə Əliyevadan və bütün kənd sakinlərindən üzr istəyib. Bu barədə direktorun yaxın qohumu, adıçəkilən kəndin sakini Zülfüqar Məhərrəmov məlumat verib. 

Onun sözlərinə görə, laborant Xatirə Əliyevanın yenidən işinə bərpa olunması əmri də verilib: "Məktəb direktoru onun işinə bərpa olunması əmrini verdi. Kənddə yığınacaq keçirildi. Burada çoxlu kənd sakinləri və müəllim kollektivi iştirak etdi. Akif Namazov Xatirə Əliyevadan üzr istədi, yalvardı. Adamın ona yazığı gəlirdi. Dedi ki, mən ona böhtan atmışam, məni Xatirə xanım və Seyfəli camaatı bağışlasın. Maraqlıdır ki, əgər onun işdən çıxması qanuni idisə, niyə yenidən bərpa etdi? Əgər qanuni deyildisə, niyə çıxartmışdı?”

Qeyd edək ki, məktəb direktoru Akif Namazov rüşvətlə bağlı səs yazısı yayıldıqdan sonra redaksiyamızla bir neçə dəfə əlaqə saxlayaraq, verdiyi açıqlamalara görə laborantı Xatirə Əliyevadan, məktəbdə işləyən gözətçisindən və adını qalmaqalda hallandırdığı polisdən üzr istədiyini bildirib. 

Direktorun sözlərinə görə, mətbuata o cür açıqlamalar verəndə anlaqsız vəziyyətdə olub: "Xatirə xanımın şərəf və ləyaqəti haqqında özümdən asılı olmayaraq bəzi sözlər dedim. Həm də mən bir az xəstə adamam, dərman içirəm, özləri bilir. Həm də tələm-tələsiklik oldu, heç bilməmişəm zəng hardan gəlib, necə olub, kimdir mənimlə danışan. Başımı qaldırdım ki, belə qalmaqal olub, yəni işin mahiyyətini bilməmişəm. Özümdə olmamışam”. 

Direktor işdən çıxarılmadığını, hələ də öz vəzifəsində çalışdığını vurğulayıb. 

Xatırladaq ki, məktəb direktoru və laborant arasında yaranmış biabırçı qalmaqal ilə bağlı Təhsil Nazirliyinin əməkdaşları təcili olaraq rayona ezam edilmişdi. 

Nazirlikdən verilən açıqlamaya görə, hadisəni araşdırmaq üçün müəyyən işlər aparılır, tezliklə nəticə barəsində mətbuata açıqlama veriləcək. Direktorun işdən azad edilmə məsələsi də istisna olunmur. (musavat.com)
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
13:59 27.07.2026
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq
13:55 27.07.2026
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq