Şəmkirdə qəza nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Şəmkirdə qəza nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
HADİSƏ
10:55 22.11.2025
138
Bu gün saat 08:00 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR