Dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan Murad Xəlilovla vida mərasimi başlayıb.
Mərasim şəhidin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Çinarlı qəsəbəsində keçirilir.
Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhid vida mərasimindən sonra dəfn olunacaq.