Şəmkirdə torpaq uçqunu altında qalan şəxs xilas edilib

Şəmkirdə torpaq uçqunu altında qalan şəxs xilas edilib
SOSİAL
22:21 08.06.2021
430
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Sərxan kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə aparılan qazıntı işləri zamanı torpaq uçqunu baş verib və orada işləyən 1983-cü il təvəllüdlü Məmmədov Rövşən Məzahir oğlu təqribən 5 metr dərinlikdə çuxura yıxılaraq müxtəlif xəsarətlər alıb və torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində R.Məmmədov çuxurdan çıxarılıb təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.
OXŞAR XƏBƏRLƏR