Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI

Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
SOSİAL
21:55 05.03.2025
354
Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.
 
AZXEBER.COM "Report"a istinadən məlumat verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.

Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.
OXŞAR XƏBƏRLƏR