Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı

Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
SOSİAL
22:28 10.07.2025
733
Şəmkir rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəzarətə alınıb və qısa müddətdə söndürülüb.

AZXEBER.COM xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə operativ şəkildə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR