Şəmkirin ən böyük bağçası tikilir - FOTO

Şəmkirin ən böyük bağçası tikilir - FOTO
SOSİAL
14:30 10.09.2019
3461

Kür qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında təmir-tikinti işləri sürətlə aparılır.

AZXEBER.COM xəbər verir ki, tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Şəmkir rayonunda yeni bağça binalarının tikilməsinə və yaxud da əsaslı şəkildə təmir olunmasına bu gün böyük önəm verilir. Azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda aparılan bütün tikintilərlə yanaşı uşaq bağçalarındakı təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə başa çatdırılması barədə hər zaman öz tapşırıq və tövsiyələrini verir.

Son 4 ildə Şəmkir şəhər 3, 4 və 8 saylı, Keçili, Qaracəmirli, Dəllər Cırdaxan, Çaparlı, Dəllər qəsəbə 2 saylı körpələr evi uşaq bağçaları tamamilə yenidən qurularaq balaca fidanların ixtiyarına verilib. Hazırda isə 240 yerlik rayonun ən böyük bağçası adına namizəd Kür qəsəbə 2 saylı körpələr evi-uşaq bağçası və 80 yerlik 5 saylı Şəmkir şəhər körpələr evi-uşaq bağçası təmir olunur.

Rayon rəhbəri Kür qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub.

İş icraçıları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində demək olar ki, bütün əsas işlər başa çatıb. Bundan əlavə, üzlük vurulması işi görülür. Eyni zamanda uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.

İcra Başçısı bağçada görülən bütün işlərin keyfiyyətlə aparılması və sürətləndirilməsi barədə tapşırıq verib.

Onu da qeyd edək ki, 240 yerlik Kür qəsəbə 2 saylı körpələr evi-uşaq istifadəyə verildikdən sonra Şəmkirin ən böyük uşaq bağçası olacaq. Təmir işləri tam yekunlaşandan sonra bağçada təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulacaq. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verəcək. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz ediləcək.

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı