Hər kəs Səmranın bu geyimindən danışır - FOTO

Hər kəs Səmranın bu geyimindən danışır - FOTO
MAQAZİN
00:16 26.10.2022
1888
Azərbaycanı 2016-cı ildə Stolkholm şəhərində keçirilən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən müğənni Səmra Rəhimli yeni fotoları ilə gündəmə səs salıb.

28 yaşında İstanbulda doğum gününü qeyd edən ifaçı avtomobildə açıq-saçıq pozlar verib.

Əyninə geyindiyi transparan libasda cəsarətli pozlar verən Səmra dəlisov hərəkətləri ilə fit bədən quruluşunu nümayiş etdirib.

Bir-birindən qalmaqallı şəkillərini S.Rəhimli "Həyat, həyat" başlığı atında sosial şəbəkə hesabında paylaşıb. İzləyicilər isə Səmranın bu fotolarını birmənalı qarşılamayıb. Kimi rəyləri ilə Səmranı alqış, kimi də qarqış edib.
 
///Bizim media

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR