Şəmşad Ağa həbs edildi

SOSİAL
16:54 06.02.2025
147
"Meydan TV işi" üzrə saxlanılan "Arqument.az” saytının rəhbəri Şəmşad Ağayevin (Şəmşad Ağa) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilən təqdimata baxılıb.

AZXEBER.COM Teleqraf.az-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəmədə istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub.

Şəmşad Ağayevin barəsində 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 5-də "Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) "Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, onun evində axtarış aparılıb. Jurnalist qaçaqmalçılıqda ittiham edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov onun saxlanılması barədə məlumatı təsdiqləyib.

Bundan əvvəl "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

8 dekabr 2024-cü ildə Xətai rayon Məhkəməsinin qərarı ilə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirovun hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin həmin dövrdə yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib

19:10 06.02.2025

Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq

18:57 06.02.2025

Tramp: Hərbi əməliyyatlardan sonra İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək

18:45 06.02.2025

Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib

18:34 06.02.2025

Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib

18:21 06.02.2025

“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb

18:03 06.02.2025

UEFA Çempionlar Liqasında əlavə vaxt ləğv edilə bilər

18:00 06.02.2025

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

17:45 06.02.2025

Nəsimi Məmmədov “Bir söz de”ni təqdim etdi - VİDEO

17:41 06.02.2025

Arıqladıcı çay və kofeləri reklam edənləri hansı cəza gözləyir? - Vəkildən açıqlama

17:40 06.02.2025

Bakıda piyada zonalarının sayı artırılacaq

17:35 06.02.2025

Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır