Maliyyə naziri təyin olunan Sahil Babayev kimdir? - DOSYE

Maliyyə naziri təyin olunan Sahil Babayev kimdir? - DOSYE
SOSİAL
16:10 06.02.2025
3068
Xəbər verdiyimiz kimi, Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Dövlət başçısının digər sərəncamı ilə S.Babayev maliyyə naziri təyin edilib.
 
Bəs, 2018-ci ildən nazir postunu tutan Sahil Babayev kimdir?
 
AZXEBER.COM yeni maliyyə nazirinin dosyesini təqdim edir:
 
Sahil Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.
 
1999–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra şöbə rəisi vəzifələrində çalışıb. Həmin dövrdə Hasilatın Pay Bölgüsü, həmçinin "Şahdəniz" təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib.
 
2006–2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Eyni zamanda, 2009–2014-cü illərdə "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı — Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, "SOCAR Türkiyə Ege" Neft Emalı Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
 
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin dövrdə digər fəaliyyətlərlə yanaşı, xarici iqtisadi siyasət məsələlərin və ticarət nümayəndəliklərinin, "Azpromo" İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının kuratoru, "Cənub Qaz Dəhlizi" layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən nümayəndə, "Azergold" QSC-nin Müşahidə Şurasının sədri, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının və "SOCAR Türkiyə Ege" Neft Emalı Kompleksinin ("Star" layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.

Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə Hökumətlərarası Komissiyaların həmsədri, Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycan – İran İşçi Qrupunun həmsədri, 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olub.

Həmçinin, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro ilə Hökumətlərarası Komissiyalara sədrlik edir.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO