Şəmsəddin Hacıyev: “Elm haqqında” qanunda ali məktəblərin üzərinə elmi fəaliyyətlə bağlı öhdəliklər qoyulacaq “Elm haqqında” qanun layihəsi üzərində iş tam başa çatdırılıb. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Ş.Hacıyev deyib ki, “Elm haqqında” qanun layihəsi MM-in yaz sessiyasının növbədənkənar ikinci iclasında müzakirə edilə bilər. Onun sözlərinə görə, “Elm haqqında” qanun bu sahədə tamamilə yeni bir sənəddir. «Qanun bütün elm sferasında, elmi fəaliyyət sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradır. Bu sahədə yüksək inkişaf etmiş ölkələrin qanunverici bazası öyrənilib, müəyyən pozitiv məqamlar götürülüb və Azərbaycan şəraitinə, qanunvericiliyinə uyğunlaşdırılıb»- deyə, komitə sədri vurğulayıb.